QR CodeQR Code

Nəbih Bərri: “Suriya azad olana qədər Hizbullah və İran ölkəni tərk etməyəcək”

Deyerler , 6 Jun 2018 20:57

Islamtimes - Livan parlamentinin spikeri Nəbih Bərri Suriya azad olana və ərazi bütövlüyünü bərpa edənə qədər İran və Hizbullahın bu ölkəni tərk etməyəcəyini bildirib.



Livan parlamentinin spikeri Sputnik-ə verdiyi müsahibəsində, Suriya böhranı, Livan-İran əməkdaşlığı və ABŞ-ın səfirliyini Qüdsə köçürməsi barədə danışıb. “Hizbullah Suriyada mövcud olmasaydı, İŞİD yaraqlıları Livana çatmışdılar”, deyən Nəbih Bərri, təxminən 1.5 milyon suriyalının yaşadığı Livan ilə Suriyanın əkiz kimi olduqlarını bildirib: “Onları (Suriyalılar) əcnəbi kimi qəbul etmirik. Suriyada olan hər şey Livana təsir edir”.
 
İranlı hərbiçilərin Rusiyanın Hava-Kosmik Qüvvələri kimi, Suriya hökumətinin tələbi əsasında ölkədə olduğunu deyən Bərri, Hizbullah və İranın Suriyadan çıxmasını istəyən ABŞ-ın isə Suriya hökumətindən icazəsiz olaraq ölkəyə qoşun yeritdiyini vurğulayıb: “Suriya azad olana və ərazi bütövlüyünü bərpa edənə qədər bu qüvvələr (İran və Hizbullah) geri çəkilməyəcək. Rusiya, ABŞ, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir və Fransa ya da ən azı başqa bir Avropa ölkəsi arasında müzakirələr keçirilmədən Suriya böhranını həll etmək mümkün deyil. Bu tərəflər arasında müqavilə olmadan siyasi həll mümkünsüzdür”.
 
N.Bərri Fransanın Livandan region ölkələri arasında görüş təşkil etməsi məsələsində tələbinin olmadığını da deyib: “Livan bu məsələdə bir rol oynamır. Təbii ki, Suriyada bir razılaşmadan fayda əldə edə bilər, amma bu qərarı yeridə bilməz”.
 
Livan parlamentinin spikeri Fransa və ABŞ-ın da Livandan Suriya prezidenti Bəşər Əsəd ilə təmas qurulması məsələsində yardım tələb etmədiyini söyləyib.
 
ABŞ-ın səfirliyini Tel-Əvivdən Qüdsə köçürməsinin bölgədə ehtimal olunan bir razılaşmanı ləngitdiyini deyən N.Bərri, danışıqların Qüds olmadan müəffəqiyyətli olmayacağını bildirib.
 
N.Bərri ABŞ-ın İrana qarşı sanksiyalarının Beyrutun Tehran ilə olan güclü əməkdaşlığını da pozmayacağını söyləyib: “Tehran ilə mükəmməl əlaqələrimiz var və ABŞ-ın sanksiyaları kontekstində yeni bir şey yoxdur”. Ancaq N.Bərri, Livan hökumətinin ABŞ-ın sanksiya qərarlarına tabe olacağını da deyib: “Mənim reaksiyam fərqli, rəsmi olan Livan hökumətinin reaksiyası da fərqlidir. Livan hökuməti sanksiyalara tabe olmağa məcburdur. Əgər bu sanksiyalar müəyyən bir şəxsə qarşıdırsa, onunla təmas qura bilməzlər. Həbs olunmaz, amma o adamla hər hansı bir milli bankın əməliyyat aparması qadağan olunacaq”.
 


Story Code: 729969

News Link :
https://www.islamtimes.org/az/news/729969/nəbih-bərri-suriya-azad-olana-qədər-hizbullah-və-iran-ölkəni-tərk-etməyəcək

Islam Times
  https://www.islamtimes.org