0
Friday 8 June 2018 - 02:16

Mərcəiyyətdən "Beynəlxalq Qüds günü" çağırışı

Story Code : 730272
Mərcəiyyətdən "Beynəlxalq Qüds günü" çağırışı
Mərcəiyyətdən "Beynəlxalq Qüds günü" çağırışı
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, böyük təqlid mərcələri bütün dünyada müsəlmanların Fələstin amallarının müdafiəsi üçün Fələstin xalqının, saxta və uşaqöldürən sionist rejim üzərində qələbəsində iştirakını zəruri adlandırıblar.
Ayətullah Abdullah Cavadi Amoli, Ayətullah Nasir Məkarim Şirazi, Ayətullah Hüseyn Nuri Həmədani, Ayətullah Cəfər Sübhani, Ayətullah Seyid Muhəmməd Əli Ələvi Qorqani öz müraciətlərində xalqın "Beynəlxalq Qüds günü" yürüşündə geniş iştirakının vacibliyini vurğulayaraq, bütün dünya müsəlmanlarını keçmişdəkindən daha geniş şəkildə "Beynəlxalq Qüds günü" günü yürüşündə iştiraka çağırıblar.
Böyük təqlid mərcələri xalqın "Beynəlxalq Qüds günü" yürüşündə geniş iştirakını vurğulayaraq bildiriblər ki, sionist rejim yetmiş ildən çox bir müddətdə müsəlmanların ilk qibləsini işğal etmiş bir xərçəng şişidir.
Mübarək Ramazan ayının sonuncu cüməsi İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in təşəbbüsü ilə "Beynəlxalq Qüds günü" adlandırılıb.
"Beynəlxalq Qüds günü"  yürüşü sabah, iyunun səkkizində-1439-cu hicri qəməri ili Ramazan ayının 23-də İranla yanaşı digər ölkələrdə də keçiriləcək.
 
Source : İslamazeri
Tagged
qüds
Comment