0
Sunday 10 June 2018 - 03:57

Seyid Əbdülməlik Əl-Husi: “Beynəlxalq Qüds günü özünütanıma gündür”

Story Code : 730666
Seyid Əbdülməlik Əl-Husi: “Beynəlxalq Qüds günü özünütanıma gündür”
Seyid Əbdülməlik Əl-Husi: “Beynəlxalq Qüds günü özünütanıma gündür”
Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Seyid Əbdülməlik Əl-Husi çıxışında bunları deyib: “Müqəddəslərinə əhəmiyyət verməyən bir millət zəif və məhv olmuş bir millətdir. Əl-Əqsa məscidi və Qüds məsələsində edilən etinasızlıq, ümmətin birlik və vəhdət məsələsindəki laqeydliyini göstərir.
 
Amerika və İsrail rejiminin istədiyi şey bəşəriyyətə hakim olmaqdır. Biz aqibətin həll olunduğu müharibənin içərisindəyik. Əgər bu məsələdə diqqətsizlik etsək, demək prinsiplərimizdə diqqətsizlik etmişik. Yəmən müstəqillik və azadlıq müharibəsi aparır və biz bu müharibəni aqibətin təyin olunduğu bir müharibə kimi görürük.
 
İslam ümməti kimi, Qüdsdə baş verənləri qəbul edə bilmərik. Yəmən və Bəhreyndə baş verənlər və bütün dünyada baş verənlər Fələstində baş verən hadisələrin davamıdır. Yəmən müharibə və Bəhreyn xalqının yatırılması və Suriya və İraqda baş verən hadisələr ABŞ və İsrail rejiminin xeyrinədir.
 
Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirliklərinin Amerika ilə əlaqəsi, ümməti hədəfə almaq və hakim olmaq üçündür. Amerika və Birləşmiş Ərəb Əmirliklərinin Amerika və İsrail rejiminə olan bağlılığı ümmətə xəyanətdir. Coğrafi üstünlük hələ də məhduddur və ümmət onu yenidən əldə edə bilər, amma əsl təhlükə insana hakim olmaqdır. Səudiyyə rejimi, Birləşmiş Ərəb Əmirlikləri və bəzi ərəb ölkələrinin Yəməndə etdikləri şey, Amerika və İsrail rejiminə xidmətdir. Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirliklərinin Amerika və İsrail rejimi ilə münasibətləri ümmətə qarşı müharibənin bir hissəsidir.
 
Yəməndə baş verən müharibənin məqsədi, bu ölkəni Amerika və İsrail rejimi qarşısında diz çöktürməkdir. Bəzilərinin İrana qarşı düşmənçilik etmələrinin səbəbi, bu ölkənin Amerikaya boyun əyməməsi və bu ölkənin Livan və Fələstin müqavimətinə dəstək verməsidir. Fələstin Əl-Əqsa məscidi və müqəddəslər münaqişələrin məsələsidir və hamını kölə etməyə çalışırlar.
 
Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirlikləri regionda destruktiv rol oynayır və bu iki ölkənin Əsrin müqaviləsi əsasında hərəkət etdikləri məlumdur. Səudiyyə rejiminin Livanın Hizbullah hərəkatı ilə olan düşmənçiliyi Amerikanın tələbləri ilə əlaqədardır. Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirlikləri Amerikanın yolunu gedirlər. Bugünkü müharibə nifaq və azadlıq cəbhəsi arasında gedən müharibədir və bu müharibənin üçüncü bir tərəfi yoxdur.
 
Səudiyyə rejiminin Hizbullah ilə problemi, Hizbullahın İsrail rejimi ilə və kafirlərin və şeytanların planları ilə mübarizəsindəki böyük roludur. Səudiyyə rejiminin mediası İsrail rejiminin lehinə Müqavimət cəbhəsinə zərər vurmaq istiqamətində hərəkət edir. Amerika və Birləşmiş Ərəb Əmirlikləri fitnəni dəstəkləmək üçün milyardlar xərcləyirlər. Müqavimət oxu bu mərhələdə güclü bir oxdur. Biz kölə olmamaq və azad olmaq üçün fədakarlıq etməyə hazırıq.
 
Beynəlxalq Qüds günü özünü tanıma günüdür və Əl-Əqsa məscidinin düşmənləri ilə müharibə etməyən insan Əl-Əqsa məscidinin yanında deyil”.
 
Source : Deyerler
Comment