QR CodeQR Code

Taliban Əfqanıstanda yenidən hücum etdi: 42 nəfər həlak oldu

Deyerler , 10 Jun 2018 04:09

İslamtimes - Taliban yaraqlılarının Əfqanıstanın Herat və Qunduz vilayətlərindəki hərbi məntəqələrə qarşı təşkil etdiyi hücumlarda 25 döyüşçü ilə 17 əsgərin öldüyü bildirilib.


Deyerler.org xəbər verir ki, Herat qubernatorluğunun sözçüsü Ceylani Fərhad Anadolu-ya verdiyi açıqlamasında, yaraqlıların Heratın Zavul rayonunun Əziz Abad kəndindəki hərbi məntəqəyə hücum etməsi nəticəsində 17 əsgərin həlak olduğunu söyləyib.
 
Hücumda bir əsgərin yaralandığını qeyd edən Ceylani Fərhad, hücumda baş verən qarşıdurmada 8 terrorçunun öldürüldüyünü, 10 nəfərin də yaralandığını bildirib.
 
Digər tərəfdən, Qunduzun Qaleyi Zal rayonunun başçısı Amanuddin Qüreyşi, yaraqlıların Qaleyi Zaldakı 4 hərbi məntəqəyə etdikləri paralel hücumlarda 25 döyüşçünün həlak olduğunu qeyd edib.
 
Qüreyşi hücumdan sonra baş verən qarşıdurmada 8 yaraqlının öldüyünü, 9 nəfərin də yaralandığını vurğulayıb.
 


Story Code: 730669

News Link :
https://www.islamtimes.org/az/news/730669/taliban-əfqanıstanda-yenidən-hücum-etdi-42-nəfər-həlak-oldu

Islam Times
  https://www.islamtimes.org