0
Thursday 19 May 2011 - 20:57

İranın Bəhreynə yardımı Səudiyyəni qəzəbləndirib

Story Code : 73075
İranın Bəhreynə yardımı Səudiyyəni qəzəbləndirib
İranın Bəhreynə yardımı Səudiyyəni qəzəbləndirib
Islam times.org/az/ - İranın Bəhreyn xalqına kömək və dəstək üçün göndərdiyi iki gəmiyə fərqli reaksiyalar gəlməyə başlayıb.

Səudiyyə və Xəlifə ailəsinin məzlum Bəhreyn xalqına qarşı cinayətlərinə reaksiya olaraq İranın Bəhreynə göndərdiyi iki gəmidən ibarət konvoy, fərqli reaksiyalara səbəb olub.

Bəhreyn İnformasiya İşləri Heyəti rəhbəri Şeyx Fuaz bin Məhəmməd Ali Xəlifə, bu hərəkəti İranın Bəhreynin daxili işlərinə müdaxilə şəklində şərh etdi və gəmilərə Bəhreyn sularına giriş icazəsi verməyəcəklərini ifadə etdi.

İki gəminin xəbərini verən Reuters, bu hərəkətin İran və Bəhreyn əlaqələrini gərginləşdirəcəyinin şərhini verdi.

Səudiyyə Ərəbistanının “əl-İqtisadiyə” qəzeti də Səud əsgərlərin Bəhreyni işğal etmə hadisəsini göz ardı edərək iki yardım gəmisini İranın Bəhreynin daxili işlərinə müdaxiləsi şəklində şərh edərək katalizator bir mövqe göstərib.

Bu ana qədər Bəhreyn rejiminin İranın iki yardım gəmisinə Bəhreyn sularına giriş icazəsi verib verməyəcəyi hələ sual altındadır.
Translator :
Source : islamtimes
Comment