QR CodeQR Code

NATO-nun Liviyadakı 3 hədəfi

19 May 2011 23:46

IslamTimes - Rasmussen: "Qazzafi rejimi hər gün daha da zəifləyir".


Bu sözləri NATO-un baş katibi Rasmussen Slovakiya Dövlət Başçısı İvan Qasparoviç ilə görüşü zamanı deyib. Onun sözlərinə görə, NATO Qazzafinin döyüş imkanlarına ciddi şəkildə zərər vurub.
O əlavə edib ki, NATO-un əməliyyatlarda 3 məqsədi var. "İlk olaraq, vətəndaşlara yönəlmiş bütün hücumları tamamilə sona çatdırmaq. İkinci olaraq, Qazzafi güclərinin geri çəkilməsini təmin etmək. Üçüncü olaraq, ehtiyacı olan insanlara kömək etmək. Bu hədəflərimizə çatana qədər əməliyyatlarımızı davam etdirəcəyik", - deyə NATO baş katibi bildirib. /Deyerler/


Story Code: 73101

News Link :
https://www.islamtimes.org/az/news/73101/nato-nun-liviyadakı-3-hədəfi

Islam Times
  https://www.islamtimes.org