0
Monday 11 June 2018 - 18:44

Merkel və Trampın G7 sammitindəki şəkli sosial şəbəkədə marağa səbəb oldu

Story Code : 731043
Merkel və Trampın G7 sammitindəki şəkli sosial şəbəkədə marağa səbəb oldu
Merkel və Trampın G7 sammitindəki şəkli sosial şəbəkədə marağa səbəb oldu
Deyerler.org BBC-yə istinadən xəbər verir ki, fotoşəkildə, ətrafında Avropa liderləri olan Almaniyanın kansleri Angela Merkelin masada oturan və yanında milli təhlükəsizlik müşaviri Con Boltonun dayandığı ABŞ prezidenti Donald Trampa sərt baxdığı görünür. Ortada isə qollarını bağlayan Yaponiyanın baş naziri Şinzo Abe var.
 
Instaqramda “İki işgüzar görüş arasında spontan bir qarşılaşma” başlığı ilə populyarlaşan foto haqqında “USA Today” qəzetində isə, “Əgər bu fotoşəkil min söz desəydi, Angela Merkelin deyəcəkləri olardı”, şərhi yazılıb.
 
Time jurnalına görə, bu fotoşəkil Trampın G7 sammitinə qarşı mövqeyini mükəmməl bir şəkildə əks etdirir: “Prezidenti bu şəkildə zəif və müdafiə qvardiyası tutmuş biri kimi düşünmək asandır. Qolları bağlı, hər kəs ayaqda ikən özü oturur”.
 
Bolton isə şəkli Twitter-də belə bir statusla paylaşıb: “Digərlərinin Amerikanın bankları olmasını gözlədiyi daha bir G7 sammiti. Prezident bu gün mövqeyini birmənalı şəkildə ortaya qoydu. Ondan bu qədər”.
 
Boltonun paylaşdığı mesaja isə “Wil This Never End” belə şərh yazıb: “Prezident şıltaqlıqlarından bezən müəlliminin danladığı səbirsiz bir uşağa bənzəyir. Sizsə sadəcə təəccübləndiniz”.
 
Bir çox Twitter istifadəçisi isə şəkli öz şərhləri ilə birlikdə paylaşıb.
 
Rebecca Jeffery-Jones, “Min sözə əvəz” mesajını yazıb.
 
Amee Vanderpool adlı istifadəçi, “Heç kəs Merkel kimi bu qədər uğursuz bir həftə sonu keçirmir”, ifadəsi ilə diqqət çəkib.
 
Denizcan Grimes isə, “Hamımız Angela Merkelik”, statusunu paylaşıb.
 
Source : Maide
Tagged
xamenei qüds
Comment