QR CodeQR Code

Rusiya: ABŞ Suriyada yeni təxribat hazırlayır!

Islamazeri , 11 Jun 2018 19:44

Islamtimes - Rusiya MN rəsmisi məsələ ilə bağlı danışıb.


İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, “Azad Suriya Ordusu” (ASO) və ABŞ-ın xüsusi əməliyyatlar qüvvələri Suriyanın Deyr-əz-Zor əyalətində zəhərli maddələrin istifadəsi ilə təxribat hazırlayırlar. Bu haqda Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi İqor Konaşenkov bəyan edib.
Onun sözlərinə görə, bu məlumat 3 müstəqil kanal vasitəsilə öz təsdiqini tapıb.
ASO terrorçuları “dinc əhaliyə qarşı rejim tərəfindən kimyəvi hücumun” növbəti imitasiya üçün Həql əl-Cəfra qəsəbəsinə içərisi xlorla dolu olan balonlar gətiriblər.
Konaşenkov qeyd edib ki, “kimyəvi hücumla” bağlı qurma səhnə koalisiyanın Suriya hökumətinin obyektlərinə hava zərbələri endirməsi və terrorçuların Fərat çayının şərqindəki hücumuna bəraət qazandırmaq üçün bəhanə olacaq.
“Rusiya MN Suriya ərazisindəki vəziyyətin sabitliyinin pozulması üçün bu cür təxribatların istifadəsinin yolverilməz olması haqda xəbərdarlıq edir.”, - deyə rusiyalı rəsmi bildirib.
 
Təxribatlar haqda xəbərlər
Suriyadan müntəzəm olaraq “müxalif” qüvvələr tərəfindən təxribatların hazırlanması barədə xəbərlər daxil olur.
Aprelin 4-ü Suriyanın Duma şəhərindəki təxribatdan sonra ABŞ, Böyük Britaniya və Fransa Suriyaya raket zərbələri endiriblər. Onlar bu addımı “Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı”nın araşdırmasının nəticələrini gözləmədən atıblar.
Rəsmi Vaşinqton, London və Paris heç bir sübut gətirmədən rəsmi Dəməşqi “günahkar” elan ediblər.
 


Story Code: 731048

News Link :
https://www.islamtimes.org/az/news/731048/rusiya-abş-suriyada-yeni-təxribat-hazırlayır

Islam Times
  https://www.islamtimes.org