QR CodeQR Code

AB Liviyaya qarşı sanksiyalar tətbiq edə bilər

20 May 2011 08:28

IslamTimes - AB Qəddafinin nəzarəti altında olan Liviya limanlarına qarşı sanksiyalar tətbiq edə bilər


Avropa Birliyi Liviya hakimiyyətinə qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.
APA-nın verdiyi xəbərə görə, Qəddafinin nəzarəti altında olan Liviyanın neft limanları "qara siyahıya" salına bilər.
Artıq AB ekspertləri Tripoli, Zouari, Ez-Zavie, Homs, Ras Əl-Lanufe və Marse-el-Breqe limanlarına qarşı sanksiyaların tətbiq olunması barədə razılığa gəliblər.
Sanksiyaların sərtləşdirilməsi məsələsinə Aİ Sanksiyalar Üzrə Komitəsində baxılacaq. Bu barədə qərar qəbul olunarsa embarqo iyun ayında qüvvəyə minəcək.


Story Code: 73140

News Link :
https://www.islamtimes.org/az/news/73140/ab-liviyaya-qarşı-sanksiyalar-tətbiq-edə-bilər

Islam Times
  https://www.islamtimes.org