0
Saturday 16 June 2018 - 19:58

Ali dini rəhbər: “Sionist rejim İslam ölkələrinin himməti ilə məhv olacaq”

Story Code : 731913
Ali dini rəhbər: “Sionist rejim İslam ölkələrinin himməti ilə məhv olacaq”
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Fitr bayramı münasibəti ilə dövlət rəsmiləri, İslam ölkələrinin Tehrandakı səfirləri və sadə vətəndaşlarla görüşən Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, İslam cəmiyyətinin ən mühüm kəramət və şərafət üzvlərinin birliyi və münaqişələrin aradan qaldırılması olduğunu bildirib.
 
Sionist rejimin regiondakı və İslam ölkələri arasındakı münaqişələrin əsas mənbəyi olduğunu qeyd edən Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei belə danışıb: “Sionist rejimin problemi legitimlik məsələsidir və batil üzərində qurulan bir rejim Allahın inayəti və müsəlman millətlərin himməti ilə yox olacaq”.
 
Ali dini rəhbər sözlərini belə davam etdirib: “İmperializmin indiki siyasəti bölgədə parçalanma və müsəlman ölkələrinin xalqları arasında ixtilaf yaratmaqdır. Cinayətkar ABŞ və Sionist rejimin bu siyasətinə qarşı çıxmağın yeganə yolu düşməni tanımaq və onun qarşısında müqavimət göstərməkdir”.
 
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei çıxışında İslam dövlətlərinin və cəmiyyətin bütün təbəqələrinin başbilənlərinin imperializm siyasətləri qarşısındakı müqavimətinin əhəmiyyətinə də toxunub: “Sionist rejimin yaranmasının əsas hədəflərdən biri müsəlman millətlər arasında ixtilaf və problemlər yaratmaqdır, lakin bütün tarixi təcrübələr legitimlik problemi olan İsrail rejiminin daimi olmadığını göstərir.
 
Bölgənin bəzi rejimlərinin açıq və ya gizli şəkildə İsrail rejimi ilə diplomatik əlaqə qurması və ya Amerikanın səfirliyini Qüdsə köçürməsi sionist rejimin problemini həll etməyəcək. Bu rejim zorakılıq, təhdid və bir millətin öz ərazisindən qovulması ilə formalaşmışdır və bundan dolayı Sionist rejimin qanuni olmaması müsəlman millətlərinin qəlblərində həkk olunmuşdur və Fələstin xəritəsini dünya coğrafiyasının tarixi yaddaşından silmək mümkün deyil”.
 
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei həqiqi fələstinlilər arasında istər müsəlman, istər xristian və istər yəhudi olsun, bir referendumun keçirilməli olduğunu və Fələstin hökumətinin bu səsvermənin nəticələrinə görə formalaşmalı olduğunu bir daha bəyan edib: “Bu səsvermənin keçirilməsi və Fələstin hökumətinin fələstinlilərin rəylərinə əsaslanaraq, formalaşmasının mənası saxta sionist rejimin məhv olmasıdır və bu uzaq olmayan bir gələcəkdə baş verəcək”.
 
Source : Deyerler
Tagged
xamenei
Comment