0
Friday 20 May 2011 - 16:52

ABŞ və İsrail məzhəb oyununa keçiblər

Story Code : 73210
ABŞ və İsrail məzhəb oyununa keçiblər
ABŞ və İsrail məzhəb oyununa keçiblər
Islam times.org/az/ - Paraçinarın dinc xalqına növbəti dəfə Səudiyyə vəhhabilərinin hücumu nəticəsində bir körpə və 3 orta yaşlı şiə qətlə yetirilib.

Yerli xalqın bildirdiyinə görə bu qəsəbəyə hücum edən vəhhabilər, özlərini sünni kimi təqdim edərək şiələri qətlə yetirib, şiələrlə əhli sünnə arasında nifaq yaratmağa çalışırlar.

Dünən də Paraçınara hücum edən vəhhabilərin, Pakistan ordusundan da dəstək alması, Pakistan dövləti daxilindəki sionist ünsürlərin məzhəb savaşları meydana gətirməyə çalışdığı fikirləri təsdiqləndi.

Belə ki, Pakistanın Əhli-Sünnə alimləri bunun ABŞ və İsrailin növbəti oyunu olduğunu xatırladaraq şiə və sünnilərin qardaş olduğunu və bir müsəlmanı öldürənin özünü "Sünni" və ya "Şiə" olaraq təqdim etmək ixtiyarı olmadığını bildirdilər.

Həmçinin hər iki məzhəbdə də bunun "Ən böyük haram və cinayət" olduğunu bildirərək "Sünnilər" adından bu kimi cinayətləri törədənləri lənətlədilər.

Eyni oyunun Bəhreyndə də baş verdiyinə toxunan İran və Pakistanın Şiə və Sünni alimləri bu çirkin təcavüzü pisləyərək, bunun sionistlərin bir təxribatı olduğunu vurğulayaraq, şiələrdən soyuqqanlı olmalarını xahiş edib şəhid ailələrinə başsağlıqılarını təqdim etdilər.
Translator :
Source : islamtimes
Comment