QR CodeQR Code

Yəmən ordusu Hudeydada işğalçıların yüzlərlə qüvvəsini məhv etdi

19 Jun 2018 15:19

Islamtimes - Yəmən ordusu və Ənsarullah hərəkatının döyüş PUA-ları Hudeyda ətrafında Cənub cəbhəsi qüvvələri ilə birlikdə irəliləməyə çalışan BƏƏ-yə məxsus böyük bir hərbi karvanı hədəfə alaraq, məhv edib.


Deyerler.org əl-Məsirəyə istinadən xəbər verir ki, hava hücumu nəticəsində cənub cəbhəsi qüvvələrinin xeyli sayda zirehli texnikası və canlı qüvvəsi məhv edilib.
 
Bu arada, Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyaya bağlı onlarla muzdlu əsgəri Hudeyda cəbhəsində gedən döyüşlərdə öldürülüb.
 
Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri Hudeydada muzdlu əsgərlərin komandirləri, o cümlədən onlara aid 44-dən çox zirehli və hərbi texnikanı məhv ediblər.
 
Hudeydanın vitse-qubernatoru Əli Kişir da BƏƏ-nin baş qərargah rəisinin müavini İsa Seyf bin Ablan Mazrui və bir qrup BƏƏ zabitinin Yəməndə öldürüldüyünü bildirib. O, son günlərdə Səudiyyə rejiminin koalisiyanın 253 canlı qüvvəsini itirdiyini də bildirib.
 


Story Code: 732304

News Link :
https://www.islamtimes.org/az/news/732304/yəmən-ordusu-hudeydada-işğalçıların-yüzlərlə-qüvvəsini-məhv-etdi

Islam Times
  https://www.islamtimes.org