0
Wednesday 20 June 2018 - 16:07

Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın azadlığa buraxılmasını tələb etdi

Story Code : 732539
Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın azadlığa buraxılmasını tələb etdi
Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın azadlığa buraxılmasını tələb etdi
Deyerler.org LualuaTV-yə istinadən xəbər verir ki, Beynəlxalq Amnistiya təşkilatı tərəfindən verilən açıqlamada, Şeyx Əli Salmanın fikirlərinə görə həbs edildiyini və ən qısa bir müddətdə azad edilməli olduğu qeyd edib.
 
Bəhreyn rejiminə müxalif olan Şeyx Əli Salman dinc və siyasi islahatlar tələb etdiyi bir neçə çıxışı səbəbindən 2014-cü ilin dekabrında həbs olunmuşdu. Salman 2015-ci ildə 4 illik həbs cəzasına məhkum edilsə də, daha sonra cəzası 9 ilə çatdırıldı.
 
İyunun 21-də məhkəmə Şeyx Əli Salman haqqında qəti qərar verəcək. Ali Xəlifə rejimi Şeyx Əli Salmanı Qətərə casusluq etməkdə ittiham edir.
 
Source : Deyerler
Comment