QR CodeQR Code

Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın azadlığa buraxılmasını tələb etdi

Deyerler , 20 Jun 2018 16:07

Islamtimes - Beynəlxalq Amnistiya təşkilatı Bəhreyndə ən böyük müxalifət təşkilatı olan Əhli-Beyt (ə) ardıcıllarının Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın təcili olaraq azadlığa buraxılmasını tələb edib.


Deyerler.org LualuaTV-yə istinadən xəbər verir ki, Beynəlxalq Amnistiya təşkilatı tərəfindən verilən açıqlamada, Şeyx Əli Salmanın fikirlərinə görə həbs edildiyini və ən qısa bir müddətdə azad edilməli olduğu qeyd edib.
 
Bəhreyn rejiminə müxalif olan Şeyx Əli Salman dinc və siyasi islahatlar tələb etdiyi bir neçə çıxışı səbəbindən 2014-cü ilin dekabrında həbs olunmuşdu. Salman 2015-ci ildə 4 illik həbs cəzasına məhkum edilsə də, daha sonra cəzası 9 ilə çatdırıldı.
 
İyunun 21-də məhkəmə Şeyx Əli Salman haqqında qəti qərar verəcək. Ali Xəlifə rejimi Şeyx Əli Salmanı Qətərə casusluq etməkdə ittiham edir.
 


Story Code: 732539

News Link :
https://www.islamtimes.org/az/news/732539/beynəlxalq-amnistiya-şeyx-əli-salmanın-azadlığa-buraxılmasını-tələb-etdi

Islam Times
  https://www.islamtimes.org