QR CodeQR Code

Ölkəyə girişinə "STOP" qoyulan Ruhullah Novruzzadənin məhkəməsi keçirilib

Islamazeri , 21 Jun 2018 16:30

İslamtimes - Qumda ilahiyyat və hüquq dərsi alan Ruhullah Novruzzadənin məhkəməsi keçirilib


Üç ilə yaxındır Azərbaycana girişinə qadağa qoyulan ilahiyyatçı və Qum Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi Ruhullah Novruzzadənin məhkəməsi keçirilib. Məhkəmə prosesi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, hakim Tahirə Əsədovanın sədrliyilə Ruhullah Novruzzadənin ailəsinin Azərbaycan Dövlət Sərhəd Xidmətinə qarşı məhdudiyyətin ləğv edilməsi tələbi əsasında şikayəti əsasında keçirilib.
Bu haqda İslamazeri.com-a Ruhullah Novruzzadənin ailəsi məlumat verib.
Məlumata görə, məhkəmə işin Suraxanıya göndərilməsi haqda qərar qəbul edib.
Qeyd edək ki, Ruhullah Novruzzadə hazırda həbs həyatı yaşayan ilahiyyatçı Abgül Süleymanovun qaynıdır.
 


Story Code: 732739

News Link :
https://www.islamtimes.org/az/news/732739/ölkəyə-girişinə-stop-qoyulan-ruhullah-novruzzadənin-məhkəməsi-keçirilib

Islam Times
  https://www.islamtimes.org