QR CodeQR Code

NATO-dan həyəcan: ABŞ-la ziddiyətlər alyansı dağıda bilər!

Islamazeri , 21 Jun 2018 18:02

İslamtimes - NATO-nun Baş katibi alyansın üzləşdiyi təhlükə barədə danışıb.


İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən,  “The Guardian” NATO-nun Baş katibi Yens Stoltenberqin məqaləsini dərc edib.
Məqalədə, digər mövzularla yanaşı, ABŞ və Avropa ölkələri arasındakı ziddiyətlərin ittifaqı parçalaya biləcəyi haqda da danışılır.
Alyans yaradıldıqdan bəri Avropa və Şimali Avropa sakinləri misilsiz sülh və firavanlıq içərisində yaşayırlar. Lakin siyasi səviyyədə bizim əlaqələrimiz təhlükə ilə üz-üzədir. ABŞ və onun müttəfiqləri arasında bir sıra məsələlərdə ciddi fikir ayrılıqları var: beynəlxalq ticarətdən tutmuş, iqlimin dəyişməsi və İranla nüvə sazişi probleminədək. Bu ixtilaflar realdır və onlar bir anın içərisində yox olmayacaqlar. Heç yerdə yazılmayıb ki, Şimali Atlantik alyansı əbədi olmalıdır.”, - deyə Stoltenberq bildirib.
Onun sözlərinə görə, NATO-nu qoruyub saxlamaq mümkündür, lakinin bunun üçün “siyasi iradə, yaradıcı yanaşma və çoxlu işlər görmək” lazımdır.
 


Story Code: 732752

News Link :
https://www.islamtimes.org/az/news/732752/nato-dan-həyəcan-abş-la-ziddiyətlər-alyansı-dağıda-bilər

Islam Times
  https://www.islamtimes.org