0
Saturday 23 June 2018 - 14:08

Amerika məktəblərində cinsi zorakılıq böhranı

Story Code : 733048
Amerika məktəblərində cinsi zorakılıq böhranı
Amerika məktəblərində cinsi zorakılıq böhranı
Artıq dünya Amerikada, Hollivudda, siyasətçilər arasında, universitetlərdə, hətta ölkə rəhbərliyində seksual zorakılıq barədə xəbərləri adi qarşılayır. Məktəblərdə seksual zorakılıq isə hər zaman gündəmdə saxlanılan problemdir.
“Məktəblərdə cinsi təcavüzü dayandırın” cəmiyyətinin təsisçisi Cindy Long bu barədə yazır: Esther Varkay özü cinsi təcavüzə məruz qalmış bir şəxsdir. O, cinsi təcavüzə məruz qalanların müdafiə cəmiyyətini yaradıb. Varkav bildirir ki, Amerikada məktəblərdə cinsi təcavüz böhran həddindədir. Statistikalar faciəlidir: 2011-2015-ci illərdə ölkədə 17 min məktəbli seksual zorakılığa məruz qalıb. Təcavüzə məruz qalanların 5 faizi 5-6 yaşda uşaqlardır. Müəllimlər tərəfindən uşaqlara təcavüz halları artmaqdadır. Varkav təcili addım atmaq lazım olduğunu, qanunlar işlənməsi zərurətini vurğulayır. Əgər qısa müddətdə bu təcavüzlərin qarşısı alınmasa Amerika cəmiyyəti tarixdə görünməmiş kabusla üzləşəcək.                                             

 
Source : İslamtimes
Tagged
abş
Comment