0
Saturday 21 May 2011 - 07:07

İordaniyalı muzdurlar Bəhreynə yollanıb

Story Code : 73322
İordaniyalı muzdurlar Bəhreynə yollanıb
İordaniyalı muzdurlar Bəhreynə yollanıb
"IslamTimes"ın verdiyi məlumata əsasən, İordaniya xəbər agentlikləri bir neçə gün öncə Bəhreyndə 3 İordaniya hərbiçisinin yaralandığı haqda xəbər verib. 

Xəbərdə yaralıların Bəhreynə göndərilmiş 500 İordaniya hərbiçilərindən olduğu bildirilir. 

Bəhreyn mənbələri çərşənbə günü Manama şəhərinin cənubunda 9 hərbiçinin yaralandığını açıqlamışdırlar. 

Bundan öncə isə dövlət sözçüsü Tahir Ədvan iddia etmişdi ki, Bəhreyndə heç bir İordaniya hərbiçisi yoxdur. 

Bütün bunlar bir halda baş verir ki, artıq bir çox mənbələr Bəhreyndə 500 İordaniya hərbiçisinin yerləşdirildiyini, 750 hərbiçinin isə tam hazırlıq vəziyyətində olduğunu təsdiqləyiblər. Bu 750 hərbiçinin Bəhreyn dövlət işçiləri və saray xadimlərinin təhlükə ilə üzləşdiyi təqdirdə işə başlayacaqları bildirilir.
Comment