QR CodeQR Code

Tbilisinin Moskvaya qarşı növbəti addımı

21 May 2011 07:15

IslamTimes - Gürcüstan hökuməti sabiq Sovetlər Birliyi ilə bağlı simvolları da yığışdırır.


"IslamTimes" "VZ.ru"-ya istinadən xəbər verir ki, Gürcüstanda “Azadlıq xartiyası”nın yeni layihəsinə əsasən, keçmiş DTK (Sovet Təhlükəsizlik Xidməti), partiya və komsomol işçiləri siyahıya alınacaq və onların məsul vəzifələr tutması əngəllənəcək. 

Cümə günü qəbul olunmuş sənədə əsasən, strateji yüklərin daşınması da nəzarətə götürülüb. Bu sənəd hələ 2009-cu ilin payızında müzakirəyə çıxarılıb. Sənəd “vətənpərvərlik aktı” adlandırılıb. Bu sənəd 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra prezident Saakaşvili tərəfindən tətbiq olunub. 

Gürcüstan hökuməti sabiq Sovetlər Birliyi ilə bağlı simvolları da yığışdırır. Amma Gürcüstanda fəaliyyət göstərən kommunistlərin Vahid Kommunist Partiyası Saakaşviliyə qarşı aksiyalara hazırlaşır və bugunədək də öz etirazlarını bildirib.


Story Code: 73323

News Link :
https://www.islamtimes.org/az/news/73323/tbilisinin-moskvaya-qarşı-növbəti-addımı

Islam Times
  https://www.islamtimes.org