QR CodeQR Code

Rusiya bu ölkəni hədələdi: NATO-ya üzv olsa...

Nur-az.com , 24 Jun 2018 16:34

İslamtimes - Makedoniya ətrafında cərəyan edən ad probleminin konstitusiya yolu ilə həllini tapması Balkanlarda sabitliyin qorunmasına dəstək olacaq.


Bu sözləri Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov deyib.

Makedoniyanın NATO-ya üzvlük məsələsini də dəyərləndirən diplomat bunun yanlış bir addım olduğunu və nəticələrinin qaçılmaz olduğunu qeyd edib.

“Makedoniya NATO-ya üzv olsa, əlbəttə ki, biz nüvə bombaları atmayacağıq. Dediyim kimi hər bir ölkənin qərar qəbul etmək və səhv etmək hüququna sahibdir. Belə ki, səhv var, səhv var. Elə səhvlər də var ki, nəticələri mütləq olur”, - diplomat bildirib.


Story Code: 733325

News Link :
https://www.islamtimes.org/az/news/733325/rusiya-bu-ölkəni-hədələdi-nato-ya-üzv-olsa

Islam Times
  https://www.islamtimes.org