Trampın sözçüsünü restorandan qovdular!
Islamtimes , 25 Jun 2018 19:30
Islamtimes - Paytaxt Vaşinqtondan təxminən 3 saat aralıda yerləşən Red Hen restoranının sahibi isə jurnalistlərin israrlı suallarını cavabsız buraxdı.
Dünya mediasının gündəmində: Ağ Ev sözçüsü Sarah Sanders restorandan qovuldu! Sarah Sanders 23 iyunda axşam Virginia əyalətindəki bir restorandan ABŞ prezidenti Donald Trampa işlədiyi üçün qovulduğunu açıqladı. Sarah Sanders öz Twitter hesabından etdiyi paylaşmada yazır: Virginiada Red Hen restoranının sahibi ABŞ başçısına çalışdığım üçün restoranı tərk etməyimi istədi. Amma mən bütün insanlarla əlimdən gəldiyi qədər yaxşı davranmağa çalışaram. Belə etməyə də davam edəcəyəm...
Paytaxt Vaşinqtondan təxminən 3 saat aralıda yerləşən Red Hen restoranının sahibi isə jurnalistlərin israrlı suallarını cavabsız buraxdı. Sandersin atası və sabiq senator Mike Huckabee hadisəni fanatizm adlandırıb. ABŞ başçısı Tramp hazırda mühacirləri körpələrindən ayırdığı üçün sərt tənqid edilir.
Story Code: 733613