QR CodeQR Code

ABŞ koalisiyasının etirafı: “Səhvən 939 dinc sakini öldürdmüşük”

Deyerler , 29 Jun 2018 09:02

İslamtimes - ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiya qüvvələri Suriya və İraqda 2014-cü ildən etibarən həyata keçirilən hücumlarda ən azı 939 dinc sakinin səhvən öldürüldüyünü açıqlayıb.


Sputnik-ə istinadən xəbər verir ki, koalisiya tərəfindən dərc olunan hesabata görə, koalisiya qüvvələri 2014-cü ilin avqust ayından 2018-ci ilin iyun ayına qədər 29596 hücum təşkil edib: “Bu gün əldə edilən məlumatlar daxilində Birləşmiş Birgə Vəzifə Gücünün (CJTF-OIR) qiymətləndirmələrinə görə, “Sarsılmaz qərarlılıq” hərəkatının başladığı gündən bu yana koalisiyanın hücumları nəticəsində ən azı 939 dinc sakin səhvən öldürülüb”.
 
Koalisiyanın bundan əvvəl yaydığı hesabatında, mülki itkilərin sayının 892 olduğu bildirilmişdi.
 
ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyanın Suriyadakı hücumları nəticəsində baş verən mülki itkilər, uzun müddətdir mübahisə mövzusudur. Suriyalı mənbələr koalisiyanın hücumlarında həyatını itirən vətəndaşların daha çox olduğunu bildirir.
 


Story Code: 734396

News Link :
https://www.islamtimes.org/az/news/734396/abş-koalisiyasının-etirafı-səhvən-939-dinc-sakini-öldürdmüşük

Islam Times
  https://www.islamtimes.org