QR CodeQR Code

Minlərlə nigeriyalı Kadunada Şeyx Zəkzəkiyə azadlıq tələb etdi

Deyerler , 30 Jun 2018 15:24

İslamtimes - Nigeriya xalqı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması tələbilə yenidən küçələrə çıxıb.


Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, iyunun 29-u Nigeriya İslam Hərəkatının təşkilatçılığı ilə Kaduna şəhərində minlərlə nigeriyalı cümə namazından sonra küçələrə çıxaraq, növbəti mitinqlərini keçiriblər.
Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarının hökumət tərəfindən hələ də icra edilməməsini qınayıblar.
 
Nümayişçilər Şeyx Zəkzəki və xanımı Zinət İbrahim ilə həbsdə olan bütün İMN fəallarının dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını tələb ediblər.
 


Story Code: 734707

News Link :
https://www.islamtimes.org/az/news/734707/minlərlə-nigeriyalı-kadunada-şeyx-zəkzəkiyə-azadlıq-tələb-etdi

Islam Times
  https://www.islamtimes.org