0
Sunday 22 May 2011 - 07:00

Fransa xalqının G-8 sammitinə qarşı etiraz aksiyası

Story Code : 73518
Fransa xalqının G-8 sammitinə qarşı etiraz aksiyası
Fransa xalqının G-8 sammitinə qarşı etiraz aksiyası
Fransanda Böyük Səkkizlik ölkələrinin növbəti sammitinin keçirilməsinə 10 gündən də az bir müddət qaldığı halda minlərlə fransalı ötən gün Luaver şəhərində dinc etiraz aksiyasına qoşulub. Nümayişçilər əllərində etiraz şüarları yazılmış plakatlarla küçələrə axışıblar. 

"Associated Press"in verdiyi məlumata əsasən, bu aksiya solçu siyasi partiyalar tərəfindən təşkil edilmişdir. 

Fransa 26-27 may tarixində Dövil şəhərində Böyük Səkkzilik ölkələrinin sammitinə ev sahibliyi edəcəkdir. 

Sammitdə iştirak edənlərin təhlükəsizliyini 12 mindən çox polis, jandarma və ordu zabitləri öhdəsinə götürəcək. 

Nəzərinizə çatdıraq ki, 1975-ci ildə yaradılmış Böyük Səkkizliyə Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ, Kanada və Rusiya ölkələri daxildir.
Comment