QR CodeQR Code

Fransa xalqının G-8 sammitinə qarşı etiraz aksiyası

22 May 2011 07:00

IslamTimes - Minlərlə fransalı Luaver şəhərində G-8 sammitinə qarşı etiraz əlaməti olaraq küçələrə axışıb.


Fransanda Böyük Səkkizlik ölkələrinin növbəti sammitinin keçirilməsinə 10 gündən də az bir müddət qaldığı halda minlərlə fransalı ötən gün Luaver şəhərində dinc etiraz aksiyasına qoşulub. Nümayişçilər əllərində etiraz şüarları yazılmış plakatlarla küçələrə axışıblar. 

"Associated Press"in verdiyi məlumata əsasən, bu aksiya solçu siyasi partiyalar tərəfindən təşkil edilmişdir. 

Fransa 26-27 may tarixində Dövil şəhərində Böyük Səkkzilik ölkələrinin sammitinə ev sahibliyi edəcəkdir. 

Sammitdə iştirak edənlərin təhlükəsizliyini 12 mindən çox polis, jandarma və ordu zabitləri öhdəsinə götürəcək. 

Nəzərinizə çatdıraq ki, 1975-ci ildə yaradılmış Böyük Səkkizliyə Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ, Kanada və Rusiya ölkələri daxildir.


Story Code: 73518

News Link :
https://www.islamtimes.org/az/news/73518/fransa-xalqının-g-8-sammitinə-qarşı-etiraz-aksiyası

Islam Times
  https://www.islamtimes.org