0
Tuesday 3 July 2018 - 15:16

Fələstinli qadınlar da İsrail rejiminə qarşı “marş” keçirəcək

Story Code : 735415
Fələstinli qadınlar da İsrail rejiminə qarşı “marş” keçirəcək
Fələstinli qadınlar da İsrail rejiminə qarşı “marş” keçirəcək
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, bu gün Qəzza sektorunun sərhədində “Qadın marşı” keçiriləcək. Marşda yalnız qadınlar iştirak edəcək.
Tədbir iştirakçıları bildiriblər ki, bu, “Böyük qayıdış marşı”nda iştirak edən fələstinlilərin İsrail rejimi tərəfindən qətlə yetirilməsinə qarşı dinc etiraz aksiyası olacaq.
Xatırladaq ki, rəsmi məlumatlara görə, “Böyük qayıdış marşı” zamanı 130-dan çox fələstinli İsrail rejimi tərəfindən qətlə yetirilib, minlərlə insan isə yaralanıb.
“Qadın marşı”nın təşkilatçılarının müraciəti internetdə ərəb dili ilə yanaşı, ingilis və digər xarici dillərdə də yayılır.
 
Source : Islamazeri
Tagged
fələstin
Comment