QR CodeQR Code

İranda 2017-ci ildə terror aktının təşkilində iştirak edən İŞİD-in 8 üzvü edam olunub

Cinayətdə iştirakı olan digər şəxslər barəsində iş davam etdirilir

Maide , 7 Jul 2018 19:47

İslamtimes - İran parlamentinə və eyni zamanda 2017-ci ilin iyun ayında İslam İnqilabının rəhəri Ruhullah Xomeyninin məqbərəsinə hücumda təqsirli bilinən və ötən ay hökm oxunan 8 İŞİD terrorçusu Tehranda edam edilib.


Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki, edam olunmuş şəxslər  ötən ilin yayında Tehranda törətdikləri terror hücumu ilə yanaşı,  silah qaçaqmalçıığı,  ölkəyə qanunsuz girməkdə ittiham olunublar.  
 
Edam olunanlarla bağlı yayımlanan  məlumatda bildirilir: Cinayətdə iştirakı olan digər şəxslər barəsində  iş davam etdirilir.   
 
Xatırladaq ki, qadın geyimində 4 nəfərdən ibarət qrup 2017-ci il iyunun 7-də İran parlamentinin binasında atəş açıb, sonra hücum edənlərdən biri özünü partladıb.  Terror aktları nəticəsində 20-ə yaxın adam həyatını itirib, onlarla insan yaralanıb.
 
İran İnqilab Məhkəməsi bu il mayın 13-də hücumlarla əlaqəli olan 8 İŞİD silahlısı barədə ölüm hökmü çıxarıb. İran Ali Məhkəməsi iyunun 11-də ölüm hökmünü təsdiqləyib.


Story Code: 736335

News Link :
https://www.islamtimes.org/az/news/736335/iranda-2017-ci-ildə-terror-aktının-təşkilində-iştirak-edən-işid-in-8-üzvü-edam-olunub

Islam Times
  https://www.islamtimes.org