0
Sunday 22 May 2011 - 15:18

Obamanın sözləri Netanyahu üçün ən gözəl hədiyyə

Story Code : 73648
Obamanın çıxışı Netanyahu üçün ən gözəl hədiyyə
Obamanın çıxışı Netanyahu üçün ən gözəl hədiyyə
"IslamTimes" xəbər verir ki, Fələstinli yazıçı Rəmzi Baverd PressTV-nin Amerika bölməsi ilə müsahibəsi zamanı deyib: "Mənə elə gəlir ki, Obamanın çıxış Netanyahu üçün hazırkı şəraitdə, onun Vaşinqtona daxil olduğu bir əsnada ən gözəl hədiyyə idi."

Fələstinli jurnalist bildirib ki, Obama uyğun çıxışı ilə fələstinlilərə demək istəyirdi ki, BMT vasitəsi ilə müstəqil Fələstin dövlətinin yaradılmasına ümidli olmayın.

Rəmzi təkidlə vurğulayır ki, Obamanın çıxışı Orta Şərqdə müsəlmanlarla rabitə ilə əlaqəli olmayıb. Obama bu çıxışı ilə İsrail lobbilərinin diqqətini özünə yönəltmək niyyətində idi.

Fələstinli yazıçı sonda deyib: "Obamanın uyğun sözləri bizim ona qarşı münasibətimizi dəyişməyib və onların İsraillə köhnə münasibətlərində dəyişilik baş verəcəyinə ümid etmirik."
Comment