0
Tuesday 10 July 2018 - 17:25

Rusiyanın İraqdakı səfiri Muqtəda Sədrlə görüşüb

İraqda qurulacaq koalisiya hökuməti haqqında danışıqlar aparılıb
Story Code : 736981
Rusiyanın İraqdakı səfiri Muqtəda Sədrlə görüşüb
Rusiyanın İraqdakı səfiri Muqtəda Sədrlə görüşüb
 
Maide.Az İraq KİV-lərinə istinadən xəbər verir ki,  görüşdə  iki tərəfli əlaqələrin hər tərəfli mövcud vəziyyəti və inkişafı haqqında müzakirələr aparıb. 
 
Regional və beynəlxalq məsələlər haqqında da fikir mübadiləsi aparılıb. 
 
Görüşdə müzakirə olunan məsələlərdən biri də  İraqda qurulacaq koalisiya hökuməti olub. “İraq hökuməti  milli  hökumətdir və bütün partiyalara  baxışı  atanın övladına olan  baxışı kimidir.  Partiyalar hamısı İraqın quruculuğunu özləri üçün  əsas hədəf seçməlidir”, -deyə  M.Sədr görüşdə bildirib. 
 
M.Sədr Rusiyadan istəyib ki, humanitar sahədə xüsusi ilə  İraqlı qaçqınların  işi ilə bağlı daha aktiv fəaliyyət göstərsin. 
Source : Maide
Comment