QR CodeQR Code

Qəzzadan yola düşən Azadlıq gəmisi İsrail rejimi tərəfindən dayandırıldı

Deyerler , 11 Jul 2018 15:59

Islamtimes - İsrail rejiminin qüvvələri blokadanı yarmaq üçün Azadlıq gəmisi-2 ilə Qəzza limanından hərəkət edən qrupa müdaxilə edib.


Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, İsrail rejiminin ordusunun sözçüsü Avixay Adri sosial şəbəkədən verdiyi açıqlamasında belə deyib: “İsrail rejiminin dəniz qüvvələri Qəzza sahillərində blokadanı yaran 8 sərnişinin olduğu gəmi dayandırdı”.
 
Gəmiyə müdaxilə vaxtı başqa bir hadisənin baş vermədiyini deyən sözçü, istintaqdan sonra gəminin İsrail rejiminin Aşdod limanına aparılacağını qeyd edib.
 
Adri Qəzzaya dəniz tərəfindən tətbiq olunan blokadanın məcburi və qanuni olduğunu, beynəlxalq cəmiyyət və BMT-nin də bunu dəfələrlə qəbul etdiyini iddia edib.
 
Digər tərəfdən, Qəzzadakı Böyük qayıdış və blokadanı yarmaq yürüşünün milli komitəsi tərəfindən verilən yazılı açıqlamada, Azadlıq gəmisi 2-nin sərnişinlərinin həyatına görə İsrail rejiminin məsuliyyət daşıdığı bildirilib.
 
Böyük qayıdış və blokadanı yarmaq yürüşünün milli komitəsinin sözçüsü Bəssam Munasira da Qəzza Limanında keçirdiyi mətbuat konfransında Azadlıq gəmisi 2-nin İsrail rejiminin dəniz qüvvələri tərəfindən sahildən 12 mil aralıqda dayandırıldığını deyib.
 


Story Code: 737159

News Link :
https://www.islamtimes.org/az/news/737159/qəzzadan-yola-düşən-azadlıq-gəmisi-israil-rejimi-tərəfindən-dayandırıldı

Islam Times
  https://www.islamtimes.org