0
Wednesday 11 July 2018 - 19:32

Elmarı daha kimlər vurmaq istəyirdi?

Story Code : 737201
Elmarı daha kimlər vurmaq istəyirdi?
Elmarı daha kimlər vurmaq istəyirdi?
Elmar Vəliyevi bəziləri elə müdafiə edir ki, sanki yaxşı bir adamı vurublar. Düşdüyümüz vəziyyətə baxın ki, bir qrup yaltağı çıxmaq şərtilə Elmara heç kimin yazığı gəlmir. Heç düşünürsünüzmü bir nəfər onun barəsində Allaha dua edib sağalmasını istəsin? Xalq özünün düşməni deyil ki, öz cəlladı üçün dua eləsin. Elmar Vəliyev kimi adamları bəlkə nəinki odlu silahla vurmaq, mancanağa bağlayıb odun içinə də atsalar bu xalqın ürəyi soyumaz. Əlbəttə söhbət təkcə Elmar kimi insanlığını itirmiş bir adamın söhbəti deyil. Məsələ burasındadır ki, Elmar kimi digər icra başçıları, məmurlar, nazirlər də ölkədə meydan sulayır.

Vəziyyət o qədər gərgindir ki, şərhçilər, politoloqlar, sıravi insanlar Yunisin etdiyi işə bəraət qazandırmadıqları kimi Elmarı da qınayırlar. Rəsmi çıxışlarda biruzə verməsələr də sanki hamının ürəyindən "əcəb eləyib vurublar, ölməli adam idi", "sağ əli o biri məmurların başına" kimi fikirlər keçir. Hamı bilir ki, Elmar qaniçən ermənidən daha pis adamdır. Yunisin işi bu saat daha çox müzakirə edilmir. Daha çox müzakirə edilən elə Elmardır. Hamı gözəl bilir ki, bir nəfər bir gün çıxıb Elmarın "dədəsini yandıracaqdı". Elə də oldu.

Artıq Yunis Səfərova dəstək mitinqləri təşkil edilir. Lənkəranda mitinqə hazırlaşanların olduğu deyilir. Xalq gözəl bilir ki, adam kimi bir adam vurulmayıb, tərbiyəsiz, səviyyəsiz, əxlaqsız, ən ağır sözləri haqq edən bir insanı vurub mındar (murdar yazanda adamn ürəyi soyumur) ediblər.

Bəs heç özünüzə sual vermisiniz ki, Elmar Vəliyevi daha kimlər vurmaq istəyib? Əziz oxucu, heç ürəyindən keçibmi Elmar Vəliyevin qabağına çıxıb heç olmasa bir sillə padoşlaşmış sifətinə çəkəsən? Mən əminəm ki, onu öldürmək istəyən nə qədər insan növbəyə dayanardı. Amma insanlar əllərinin mındar bir insanın qanına bulaşdırmaq istəməyiblər.

Siz heç olmasa "You Tube" kanalına baş vurub Elmar Vəliyevin haqqında olan xəbərlərə baxın. Bir də videoya yazılan şərhləri oxumadan keçməyin. Bu adama dişinin dibindən gələni deyirlər. Bir nəfər tapmaq olmur ki, desin nahaq vurublar onu. Bu iş demək olar hamının ürəyindəndir. Özü də təkcə gəncəlilərin yox, demək olar Elmar kimi şərəfsiz olan bütün məmurların ölümünü bu xalq arzu edir.

Bizim ölkədə məmurlar, onların qudurğan balalarının əlindən çəkən təkcə xalq deyil. Bəlkə prezident özü hamıdan çox cana doyub bunların əlindən. Amma təbii ki, prezidentin də bacarmadığı bəzi işlər vardır. Doğrudur, Elmarın bu həddə qudurmasının başlıca günahkarı elə prezidentdir. Çünki başçılar birbaşa prezidentin təyinatıyla seçilirlər. Amma Allah bilir rüşvətin bütün ölkələrdən çox verilib alındığı bizim ölkəmizdə Elmar kimilər nə qədər rüşvət verib ki, prezident ona dəyməyib. Yaxud da daydayı hər kimdirsə böyük adamdır. Amma bu daydaydan da ürəkli oğullar tapılıb Elmarı bildiyi üslubla tərbiyələndirməyə cəhd etdi.

Diqqətinizə bir məsələni çatdırmaq istərdim. "You Tube" kanalında bu cür videolar çox tapa bilərsiniz. Bu cür əfi ilanlar əlindən bezən insanlar gah özünü yandırır, gah başqa cür intahar edir. Elə bu yaxınlarda döyüşlərin birində bir qolunu itirmiş ehtiyatda olan əsgər Daşkəsənin icra başçısı Əhəd Abıyevdən şikayət eləyirdi. Ondan əvvəl başqa bir vətəndaş müharibə veteranı olduğu halda qaracda video çəkiliş aparıb benzin töküb yandırmışdı. Həmin videoları izləyənlərdən biri çox maraqlı bir şərh yazmışdı. Stat: Özünü niyə yandırırsan get sənə zülm eləyən alçağı yandır da.

Əlbəttə bu cür şərhlər təkcə bir nəfərin şərhi deyil. Bu dəqiqə xalqın psixologiyası yerində deyil, Elmar kimi adamları xalqa tapşırsan belələrinin qanını içib doymazlar. Biz dəfələrlə xatırlatmış, xəbərdarlıq etmişdik. Bu vəziyyətdən hakimiyyət xəbərdar olsa da ciddi bir dəyişiklik etməmişdi.

Hacı Tale, Elmar kimi milli şərəfini itirmiş başqa bir xain məmur Rövnəq Abdullayevi sərt tənqid etmişdi. Bundan nəticə çıxarmaq lazım idi. Şeyx Sərdar da öz yaşadığı rayonun icra başçısının böhtanlarına tuş gəlib. Bu ölkədə sağlam, namuslu iş görən məmura rast gəlmək çox çətindir. Hələ bu yaxşı vəziyyətimizdir. Bu özbaşınalıqlara son qoyulmasa "hərəyə bir məmur vuraq" şüarlarını verən axınların qarşısı alınmayacaq. Hərə əlinə bir silah alıb bir məmuru öldürməyi özünün vətənə olan müqəddəs borcu hesab edəcək. Yunis təcrübəsi göstərdi ki, məmur vurmaq sərhəddə erməni əsgərini vurmaqdan şərəfli bir şeymiş.

İndi ciddi cəhdlə bəzi saytları, sosial şəbəkələri bağlamğa çalışırlar. Bunun əvəzinə azğın məmurların fəaliyyətinə xitam vermək lazımdır. Qoy xalq rahat nəfəs alsın.
Source : Nur-az.com
Comment