0
Wednesday 11 July 2018 - 19:50

Adnan Oktarın mülkləri müsadirə olundu - Evindən silahlar çıxdı

Story Code : 737212
Adnan Oktarın mülkləri müsadirə olundu - Evindən silahlar çıxdı
Adnan Oktarın mülkləri müsadirə olundu - Evindən silahlar çıxdı
Bildirilib ki, Maliyyə Cinayətləri ilə Mübarizə Komitəsi tərəfindən Türkiyənin 4 əyalətində əməliyyat aparılıb və Adnan Oktarın şirkətləri, obyetkləri nəzarətə götürülüb.
 
Bunan əlavə, Oktarın iş yerində axtarışlar zamanı bəzi sənədlər də müsadirə edilib, evindən silahlar tapılıb.
 
Xatırladaq ki, A. Oktarla yanaşı onun 235 tərəfdarı həbs olunub.
 
O, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunur.
 
Tagged
türkiyə
Comment