0
Saturday 14 July 2018 - 17:17

Birləşmiş Ərəb əmirlikləri Yəmən cinayətlərinin birbaşa iştirakçısıdır- Beynəlxalq təşkilat

Story Code : 737749
Birləşmiş Ərəb əmirlikləri Yəmən cinayətlərinin birbaşa iştirakçısıdır- Beynəlxalq təşkilat
Maidə.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının yayımladığı açıqlamada bildirilir. Hesabatda qeyd olunur ki,  Yəmənin cənubundakı qeyri-qanuni həbsxanalarda qanunsuz həbslər, kütləvi işgəncələr və digər cinayətlərdə BƏƏ birbaşa iştirak edir. 
 
Həbsdə olanların həyatlarını itirmək təhlükəsi ilə üz-üzə olduğu qeyd edilir. Təşkilatın hesabatında əllərində 2016-2018-ci illəri əhatə edən 51 müharibə cinayəti faktının olduğu diqqətə çatdırılıb.
 
Qeyd edək ki, təşkilat işğalçı BƏƏ-ni Yəməndə həyata keçirdiyi müharibə cinayətlərini dayandırmağa səsləyib.
Source : Maide
Tagged
yəmən bmt
Comment