QR CodeQR Code

Birləşmiş Ərəb əmirlikləri Yəmən cinayətlərinin birbaşa iştirakçısıdır- Beynəlxalq təşkilat

Maide , 14 Jul 2018 17:17

İslamtimes - “Birləşmiş Ərəb Əmirlikləri Yəmənin cənubunda dövlətə qarşı vuruşan müttəfiq qruplarla birgə müharibə cinayətləri törədir.”


Maidə.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının yayımladığı açıqlamada bildirilir. Hesabatda qeyd olunur ki,  Yəmənin cənubundakı qeyri-qanuni həbsxanalarda qanunsuz həbslər, kütləvi işgəncələr və digər cinayətlərdə BƏƏ birbaşa iştirak edir. 
 
Həbsdə olanların həyatlarını itirmək təhlükəsi ilə üz-üzə olduğu qeyd edilir. Təşkilatın hesabatında əllərində 2016-2018-ci illəri əhatə edən 51 müharibə cinayəti faktının olduğu diqqətə çatdırılıb.
 
Qeyd edək ki, təşkilat işğalçı BƏƏ-ni Yəməndə həyata keçirdiyi müharibə cinayətlərini dayandırmağa səsləyib.


Story Code: 737749

News Link :
https://www.islamtimes.org/az/news/737749/birləşmiş-ərəb-əmirlikləri-yəmən-cinayətlərinin-birbaşa-iştirakçısıdır-beynəlxalq-təşkilat

Islam Times
  https://www.islamtimes.org