0
Saturday 14 July 2018 - 17:20

İran: “ABŞ Yaxın Şərqdən çıxmasa, biz məcbur edəcəyik”

-- yalnız bu ölkələr (İraq və Suriya) istəyərsə...
Story Code : 737750
İran: “ABŞ Yaxın Şərqdən çıxmasa, biz məcbur edəcəyik”
İran: “ABŞ Yaxın Şərqdən çıxmasa, biz məcbur edəcəyik”
Maide.Az “almayadeen”ə istinadən xəbrə verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib. 
 
Rusiyaya Ali Rəhbərin xüsusi mesajını çatdırmaq üçün səfər edən Ə.Ə.Vilayəti  deyib ki, İranın İraq və Suriyadakı iştirakı  məsləhətçi qismindədir və  yalnız  bu ölkələr (İraq və Suriya)  istəyərsə  tez bir zamanda biz həmin ölkələrdən çıxacayıq. “Suriyanın qanuni hökumət rəsmirləri  İranın hərbi məsləhətçilərinə ehtiyac olmadığını  deyərlərsə, onlar Suriyadan çıxacaq”. 
 
Ə.Ə. Vilayəti  qeyd edib ki, əgər İran və Rusiya hazırkı şəraitdə Suriaydan çıxsalar, terrorizm yenindən bu ölkəni əhatə edəcək və geri qayıdacaq. 
 
ABŞ-ın Suriya və İraqı parçalamaq planından danışan Ə.Ə.Vilayəti deyib ki,  ABŞ İraqı  3 hissəyə və Suriyanı 5 hissəyə parçalamaq istəyir.  “Əgər ABŞ Yaxın Şərqdən çıxmasa, biz onları  çıxmağa məcbur edəcəyik.”
Source : Maide
Tagged
Iran abş
Comment