"Riyad" Ticarət Mərkəzində baş verən yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb
Deyerler , 15 Jul 2018 20:23
Islamtimes - Fövqəladə Hallar Nazirliyi bu gün "Riyad" Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.
APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində ticarət mərkəzinin ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.
Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Story Code: 737969