QR CodeQR Code

Bəhreyn rejimi qadın məhbuslara da işgəncə verir

Deyerler , 17 Jul 2018 17:31

ةسمشئفهئثس - Bəhreyndə ən böyük müxalifət təşkilatı olan Əl-Vifaq cəmiyyəti Ali Xəlifə rejiminin həbsxanalarda olan qadın məhbuslara qarşı intiqamçı siyasətlərini şiddətləndirməsi mövzusundakı narahatlıqlarını çatdırıb.


Deyerler.org Bahrainalyoum-a istinadən xəbər verir ki, bəzi xəbər mənbələri İsa şəhərciyi həbsxanasında qadınlara qarşı intiqam siyasətinin şiddətləndiyini bildirib. Bu həbsxana üzrə məsulu Məryəm Əl-Berudlinin intiqam siyasətlərinin əsas səbəbkarı olduğu qeyd olunub
 
Əl-Vifaq cəmiyyəti mövzu ilə bağlı belə qeyd edib: “Qadın məhbuslara qarşı intiqam aktları, yüksək səviyyədə pis rəftar və vəhşiliyə çatıb. Bu həbsxanada bəhreynli qadın dustaqların başına gələn bütün hadisələr bu rejimin bütün ərəb və İslam dəyərlərindən uzaq cinayətkar mahiyyətini göstərir. Bu siyasətlər Bəhreyn xalqını hakim rejimi devirməyə israr etməyə sürüklədi.
 
Sosial şəbəkə fəalları keçən həftə Bəhreyn qadınlarına birbaşa işgəncə etməsi səbəbindən “Cəllad Məryəm Bərudli” ünvanı ilə bir kampaniya başlayıblar.
 


Story Code: 738469

News Link :
https://www.islamtimes.org/az/news/738469/bəhreyn-rejimi-qadın-məhbuslara-da-işgəncə-verir

Islam Times
  https://www.islamtimes.org