0
Monday 23 May 2011 - 12:33

Bəhreyn xalqının edam hökmünə etirazı

Story Code : 73904
Bəhreyn xalqının edam hökmünə etirazı
Bəhreyn xalqının edam hökmünə etirazı
“IslamTimes” “PressTV”-yə istinadən xəbər verir ki, Bəhreyn xalqı ötən gün Əd-Diraz məntəqəsində məhkəmənin iki gənc barədə edam hökmü çıxarmasına etiraz əlaməti olaraq aksiya keçirib. 

Aksiyada iştirak edənlər “Ali Xəlifəyə ölüm”, “Edam hökmünü məhkum edirik” kimi şüarlar səsləndiriblər. 

Əldə olunan məlumatlara əsasən, Bəhreyn təhlükəsizlik qüvvələri Dimestan məntəqəsinə hücum edərək xalqın burada etiraz aksiyası keçirməsinə mane olublar. 

Nəzərinizə çatdıraq ki, məhkəmə iki cavanı polis qüvvələrindən olan iki nəfəri qətlə yetirməkdə təqsirli bilir. 

Amma bu iki gəncə edam hökmü verilməsi beynəlxalq insan haqqları təşkilatları tərəfindən məhkum edilib.
Comment