0
Saturday 21 July 2018 - 19:56

Ayətullah Xamenei: Problemlər ABŞ-la müzakirəylə həll oluna bilməz

Story Code : 739795
Ayətullah Xamenei: Problemlər ABŞ-la müzakirəylə həll oluna bilməz
İran İslam İnqilabı Lideri Ayətullah Xamenei xarici işlər naziri Məhəmməd Cavad Zərif və digər nazirlik əməkdaşlarını qəbulunda önəmli bəyanatlar verib.

İslamazeri.com xəbər verir ki, Ayətullah Xamenei bəzilərinin səhvən diplomatiya ilə ideologiyanın bir-birindən ayrı olması lazım olduğundan bəhs etdiyini, halbuki bu iki məsələnin bir arada olmasının heç bir eybi olmadığını qeyd edib.

Amerika İslamının İran nizamı ilə köklü problemləri olduğunu qeyd edən Ayətullah Xamenei Amerikanın İranda İslam inqilabından əvvəlki mövqeyinə qayıtmaq istədiyini ifadə edib.

Ali Lider həmçinin bundan əvvəl də vurğuladığı üzrə amerikalı rəsmilərin sözünə heç vaxt etibar edilə bilməyəcəyini, bu səbəbdən də bu ölkə ilə müzakirə etməyin heç bir faydası olmayacağını bildirib.
Source : Islamazeri
Tagged
xamenei
Comment