0
Wednesday 25 July 2018 - 14:51

İranın baş qərargah rəisi: “ABŞ-ın regiondakı bazaları hədəfimizdədir”

Story Code : 740156
İranın baş qərargah rəisi: “ABŞ-ın regiondakı bazaları hədəfimizdədir”
İranın baş qərargah rəisi: “ABŞ-ın regiondakı bazaları hədəfimizdədir”
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, İranın baş qərargah rəisi ABŞ prezidenti Trampın İranı hədəfə alan açıqlamasına belə reaksiya verib: “Yerləşmə mərkəzləri və maraqları İran silahlı qüvvələrinin hədəf mənzilində olan düşmənlər, xüsusilə də ABŞ, region və dünyada çox geniş səviyyədə xəyal etməsi mümkün olmayan cavabla qarşılaşmamaq üçün aslanın quyruğu ilə oynamamalıdır”.
 
İranın prezidenti Həsən Ruhani iki gün əvvəl verdiyi bəyanatında, ölkəsinə qarşı sanksiya siyasəti yürüdən ABŞ rəhbərliyini “Aslanın quyruğu ilə oynamayın” deyərək, xəbərdarlıq etmişdi. ABŞ prezidenti Tramp da buna cavab olaraq, Twitter-dən paylaşdığı mesajında, Ruhaniyə “Bir daha heç vaxt ABŞ-ı təhdid etmə, yoxsa tarixdə çox az adamın gördüyü nəticələrə dözərsən” cavabını vermişdi.
 
Source : Deyerler
Tagged
Iran
Comment