0
Friday 27 July 2018 - 01:19

İsrail: Fələstinli əsirlərin edam cəzasını təsdiq edəcəyik

Story Code : 740492
İsrail: Fələstinli əsirlərin edam cəzasını təsdiq edəcəyik
İslamazeri.com xəbər verir ki, Sionist Rejimin müharibə naziri Aviqdor Liberman bu gün etdiyi açıqlamada, yaxın vaxtlarda fələstinli əsirlərin edam cəzası qanun layihəsinin qəbul olunacağını deyib.

Sionist rejim mətbuatı da işğal rejiminin bugünkü təhlükəsizlik kabineti toplantısında fələstinli əsirlərin edamı qanun layihəsinin araşdırılacağını bildirmişdi.

Digər tərəfdən, bu gün səhər saatlarında bir qrup sionist mühacir Qüdsdə Məscidül-Əqsaya basqın təşkil edib.

Bu gün səhər 116 sionist mühacirin Məscidül-Əqsaya basqın təşkil etdiyi və səhərki hücumun dörd saat davam etdiyi, mühacirlərin Məscidül-Əqsanın həyətində sionist rəhbərlərdən "heykəl" haqqında məlumat aldıqları ifadə edilib.
Source : İslamazeri
Tagged
fələstin
Comment