0
Thursday 2 August 2018 - 18:46

İsrail rejimi Qəzzaya yanacağın idxalına mane oldu

Story Code : 742044
İsrail rejimi Qəzzaya yanacağın idxalına mane oldu
İsrail rejimi Qəzzaya yanacağın idxalına mane oldu
Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, Liberman açıqlamasında Qəzzaya qarşı blokada çərçivəsində, təzyiq və sanksiyaların artmasını istəməklə yanaşı, Qəzzaya istənilən yanacağın keçməsinin də qarşısının alınacağını bildirib.
 
2 milyondan artıq fələstinlinin yaşadığı Qəzza, 2006-cı ildən etibarən blokadada saxlanılır. Bu bölgəyə hər cür ən əsas ehtiyac maddələrinin girişinə də mane olunur, dərman və qida məhsullarının girişinə də icazə verilmir.
 
Bu arada, BMT-nin Təhlükəsizlik Şurasının keçmiş sədri Olof Skooq Qəzzanın müharibənin astanasına gəldiyini bildirib: “Demək olar ki, gündəlik baş verən gərginliklər çox sürətli bir şəkildə arta bilir və BMT Təhlükəsizlik Şurası kifayət qədər səy göstərmir”.
 
Skooq keçirdiyi mətbuat konfransında, İsrail rejimi-Fələstin probleminin böyük miqyasda dağıdıcı olduğunu və xüsusilə Qəzzada fələstinlilərə son dərəcə mənfi təsir etdiyini bildirib. “Problemin həllinə üstünlük verilməlidir, amma verildimi? Qorxuram ki, xeyr”, - deyə o bildirib.
 
Source : Deyerler
Comment