QR CodeQR Code

İran XİN başçısından Türkiyəyə dəstək:"ABŞ-ın sanksiyalara olan ehtirası sərhəd tanımır"

Nur-az.com , 2 Aug 2018 18:59

İslamtimes - İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın Türkiyənin iki nazirinə qarşı sanksiya tətbiq etməsini tənqid edib.


O, bu barədə “Twitter” hesabında yazıb.

“ABŞ-ın müttəfiq ölkədən – Türkiyədən olan iki nazirə qarşı qanunsuz sanksiyaları təkcə ABŞ administrasiyasının təzyiq göstərmək və məcbur etmək siyasətini yox, həm də onların sanksiyalara olan ehtirasının sərhəd tanımadığını göstərir”, – C.Zərif yazıb.

Qeyd edək ki, dünən ABŞ Maliyyə Nazirliyi Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edib. Buna səbəb Ankaranın amerikalı pastor Endryu Bransonun vətəninə qayıtmasına icazə verməməsi olub.


Story Code: 742047

News Link :
https://www.islamtimes.org/az/news/742047/iran-xin-başçısından-türkiyəyə-dəstək-abş-ın-sanksiyalara-olan-ehtirası-sərhəd-tanımır

Islam Times
  https://www.islamtimes.org