0
Saturday 4 August 2018 - 17:17

Türkiyə: “ABŞ-ın hər etdiyinə misli ilə qarşılıq veriləcək”

Story Code : 742416
Türkiyə: “ABŞ-ın hər etdiyinə misli ilə qarşılıq veriləcək”
Türkiyə: “ABŞ-ın hər etdiyinə misli ilə qarşılıq veriləcək”
İslamazeri.com xəbər verir ki, keşiş Bransonun həbs olunmasının ardınca ABŞ-ın sanksiya qərarına Ankaradan reaksiya gəldi. Bir Türkiyə Hökuməti rəsmisi verdiyi açıqlamada "Türkiyə, əlbəttə ki, tədbirlərini alacaq, ABŞ tərəfi bir addım atsa, bu addımlara cavab verəcək" deyildi. Bəyanatda bu ifadələr işlədilib:

"Hal-hazırda ABŞ orqanları ilə danışıqlar davam edir. Bu görüşlər qarşılıqlı anlayışa əsaslanan və olduqca konstruktiv atmosferdə davam edir. İki ölkənin də keçmişdən gələn güclü əlaqələri və strateji əməkdaşlıq var. Görüşlərdə hər iki tərəf bu münasibətləri qoruyacaq iradə ortaya qoyub.

ABŞ tərəfində, bu görüşlərə və qurulan dialoq mexanizminə baxmayaraq, ictimaiyyətə əks etdirildiyi kimi bir "iqtisadi sanksiya" çalışması içərisinə girilməsi bəxtsizlik olar. Danışıqlar bu qədər konstruktiv bir havada keçərkən, bu prosesə geri qaytarılmaz şəkildə zərər verilməsi səyi qəbul edilə bilməz.

Türkiyə bu dialoq prosesinin iki ölkə üçün də müsbət nəticələr verməsini istəyir. Ancaq, əlbəttə ki, ABŞ-dan mümkün sanksiya qərarına mütəqabiliyyət əsasına görə cavab veriləcək. Bu çərçivədə hökumətimiz ABŞ-ın qərarına qarşı sanksiya siyahısı hazırlamaq üçün işlərə başlayıb. Türkiyə, əlbəttə ki, tədbirlərini alacaq, ABŞ tərəfi bir addım atsa bu addımlara cavab verəcək.

Qurulan dialoq mexanizminin işlədiləcəyini ABŞ tərəfində sağlam düşüncənin və diplomatiyanın qalib gələcəyini ümid edirik. Əks təqdirdə iki ölkə münasibətləri bərpa oluna bilməyəcək bir şəkildə zərər görəcək"
Source : Islamazeri
Tagged
türkiyə abş
Comment