QR CodeQR Code

İraqda aksiyalar yenidən başladı - Prezidentlik sistemi tələb olunur

Deyerler , 4 Aug 2018 17:27

İslamtimes - İraqın paytaxtı Bağdadla yanaşı, ölkənin mərkəzi və cənubundakı Bəsrə, Kərbəla, Zikar, Divaniyyə, Musanna və Nəcəf şəhərlərində minlərlə insan prezident sisteminə keçilməsi, dövlət xidmətlərinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması və korrupsiyaya qarşı mübarizə tələbi ilə aksiya keçirib.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Bağdaddakı Təhrir Meydanında toplaşan nümayişçilər parlamentli sistemin ləğv olunaraq, prezident sisteminə keçilməsi üçün lazım olan konstitusiya düzəlişinin edilməsini istəyiblər.
 
Aksiyanın keçirildiyi regionda əsas prospekt hüquq-mühafizə orqanları tərəfindən bağlansa da, hökumət mərkəzi ilə xarici missiyaların yerləşdiyi Yaşıl Bölgəyə gedən körpülərdə sıx təhlükəsizlik tədbirləri görülməsi diqqət çəkib.
 
İraqın cənubundakı Bəsrə şəhərində də yüzlərlə insan ölkənin ən böyük neft yataqlarından “Qarb Kurnə 1”in yaxınlığında aksiya keçiriblər. ABŞ-ın Exxon Mobil şirkəti tərəfindən işlədilən neft ofisinin qarşısında nümayişçilər yüzlərlə etiraz çadırı qurub. Etirazçılar hökumətin onların tələblərini yerinə yetirəcəyinə inanmırlar.
 


Story Code: 742420

News Link :
https://www.islamtimes.org/az/news/742420/iraqda-aksiyalar-yenidən-başladı-prezidentlik-sistemi-tələb-olunur

Islam Times
  https://www.islamtimes.org