0
Tuesday 7 August 2018 - 16:03

Məhəmməd Əli Əl-Husi: “Sülh istəməyən düşmən silahlarımızın hədəfindədir”

Story Code : 743071
Məhəmməd Əli Əl-Husi: “Sülh istəməyən düşmən silahlarımızın hədəfindədir”
Məhəmməd Əli Əl-Husi: “Sülh istəməyən düşmən silahlarımızın hədəfindədir”
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Məhəmməd Əli Əl-Husi bəyanatında belə qeyd edib: “Düşmən sülhə yanaşmayanda silahlarımızı onlara qarşı yönəldərik. Bizim planlarımız həmişə Yəmən xalqının qanının tökülməsinin qarşısını almağa yönəlib. Təhlükəsizlik Şurasının da diqqət çəkdiyi kimi, onlar (Səudiyyə rejiminin koalisiyası) insanları qanunlara zidd bir şəkildə öldürürlər. Rusiya və Çinin Təhlükəsizlik Şurasında Suriya ilə bağlı mövqeyi təsəlli verdi və Küveyt Səudiyyə rejiminin adından danışdı. Seyid Əbdülməlik Əl-Husinin də dediyi kimi, biz sülh tərəfdarıyıq”.
 
Yəmənin Ali İnqilab Komitəsinin sədri daha sonra Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın Yəmən xalqına və istilaçılarla mübarizəyə dəstək verən sözlərinə toxunaraq, “Yəmən xalqının yanında olan Seyid Həsən Nəsrullaha salam olsun”, - deyib.
 
Source : Deyerler
Comment