QR CodeQR Code

Məhəmməd Əli Əl-Husi: “Sülh istəməyən düşmən silahlarımızın hədəfindədir”

Deyerler , 7 Aug 2018 16:03

Islamtimes - Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Əl-Husi Yəmənin birtərəfli atəşkəs qərarını verib, sülh üçün addımlar atmasına baxmayaraq, Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın Yəmənə qarşı təcavüzkarlığına davam etdiyini qeyd edib.


Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Məhəmməd Əli Əl-Husi bəyanatında belə qeyd edib: “Düşmən sülhə yanaşmayanda silahlarımızı onlara qarşı yönəldərik. Bizim planlarımız həmişə Yəmən xalqının qanının tökülməsinin qarşısını almağa yönəlib. Təhlükəsizlik Şurasının da diqqət çəkdiyi kimi, onlar (Səudiyyə rejiminin koalisiyası) insanları qanunlara zidd bir şəkildə öldürürlər. Rusiya və Çinin Təhlükəsizlik Şurasında Suriya ilə bağlı mövqeyi təsəlli verdi və Küveyt Səudiyyə rejiminin adından danışdı. Seyid Əbdülməlik Əl-Husinin də dediyi kimi, biz sülh tərəfdarıyıq”.
 
Yəmənin Ali İnqilab Komitəsinin sədri daha sonra Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın Yəmən xalqına və istilaçılarla mübarizəyə dəstək verən sözlərinə toxunaraq, “Yəmən xalqının yanında olan Seyid Həsən Nəsrullaha salam olsun”, - deyib.
 


Story Code: 743071

News Link :
https://www.islamtimes.org/az/news/743071/məhəmməd-əli-əl-husi-sülh-istəməyən-düşmən-silahlarımızın-hədəfindədir

Islam Times
  https://www.islamtimes.org