QR CodeQR Code

Türkiyə: ABŞ-a görə İranla əməkdaşlıqdan imtina etməyəcəyik

Islamazeri , 8 Aug 2018 15:52

İslamtimes - “Bizim İranla əlaqələrimiz var, əlaqələrimiz davam edəcək."


İslamazeri.com-un “CNN Türk”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyənin energetika naziri Fatih Dönmez bəyan edib ki, ABŞ-ın anti-İran sanksiyalarının bərpasına dair qərarından sonra, rəsmi Ankara rəsmi Tehranla olan iqtisadi əlaqələrindən imtina etmək niyyətində deyil.
“Bizim İranla əlaqələrimiz var, əlaqələrimiz davam edəcək. (ABŞ-ın) qərar(ı) birtərəflidir. Biz (İranla) qanunlara zidd olmayan ticarət aparırıq.”, - deyə türkiyəli nazir qeyd edib.
Xatırladaq ki, daha öncə Rusiya XİN də ABŞ-ın məlum qərarını pisləyib.
Fransa, Böyük Britaniya və Almaniya XİN başçıları rəsmi Vaşinqtonun sanksiyalara dair qərarı ilə bağlı öz təəssüflərini bildiriblər.
 


Story Code: 743313

News Link :
https://www.islamtimes.org/az/news/743313/türkiyə-abş-a-görə-iranla-əməkdaşlıqdan-imtina-etməyəcəyik

Islam Times
  https://www.islamtimes.org