0
Wednesday 8 August 2018 - 15:52

Türkiyə: ABŞ-a görə İranla əməkdaşlıqdan imtina etməyəcəyik

Story Code : 743313
Türkiyə: ABŞ-a görə İranla əməkdaşlıqdan imtina etməyəcəyik
İslamazeri.com-un “CNN Türk”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyənin energetika naziri Fatih Dönmez bəyan edib ki, ABŞ-ın anti-İran sanksiyalarının bərpasına dair qərarından sonra, rəsmi Ankara rəsmi Tehranla olan iqtisadi əlaqələrindən imtina etmək niyyətində deyil.
“Bizim İranla əlaqələrimiz var, əlaqələrimiz davam edəcək. (ABŞ-ın) qərar(ı) birtərəflidir. Biz (İranla) qanunlara zidd olmayan ticarət aparırıq.”, - deyə türkiyəli nazir qeyd edib.
Xatırladaq ki, daha öncə Rusiya XİN də ABŞ-ın məlum qərarını pisləyib.
Fransa, Böyük Britaniya və Almaniya XİN başçıları rəsmi Vaşinqtonun sanksiyalara dair qərarı ilə bağlı öz təəssüflərini bildiriblər.
 
Source : Islamazeri
Comment