QR CodeQR Code

ABŞ koalisiyası Suriyada 77 günahsızı qətlə yetirdiyini etiraf etdi

Islamazeri , 8 Aug 2018 19:38

İslamtimes - ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyası ötən yay Raqqa əyalətində qətlər yetirilmiş 77 dinc sakinin məsuliyyətini öz üzərinə götürüb.


İslamazeri.com-un SANA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyası ötən yay Raqqa əyalətində qətlər yetirilmiş 77 dinc sakinin məsuliyyətini öz üzərinə götürüb.
“Amnesty International”-ın hesabatında deyilir ki, koalisiya təyyarələrinin Raqqada törətdiyi 4 kütləvi qətlin 77 qurbanı arasında 24 uşaq və 25 qadın var.
Qeyd edək ki, cari ilin iyun ayında koalisiya 2014-cü ildən indiyədək Suriya və İraqda dinc sakinlərin ölümünə səbəb olduğunu etiraf edib. Koalisiya 939 nəfəri öldürdüyünü qeyd etsə də, həqiqətdə bu rəqəmin çox olduğu bildirilir.
“Airways” müşahidəçi qrupunun son hesabatlarının birində qeyd edilir ki, koalisiya qurulduğu andan (2014-cü ilin avqust ayından) cari ilin may ayının sonunadək İraq və Suriyada hava zərbələri nəticəsində 5961 nəfər qətlə yetirilib.
 


Story Code: 743365

News Link :
https://www.islamtimes.org/az/news/743365/abş-koalisiyası-suriyada-77-günahsızı-qətlə-yetirdiyini-etiraf-etdi

Islam Times
  https://www.islamtimes.org